Bakı. Çingiz Səfərli - Trend:
Səhiyyə Nazirliyinin (SN) Aparat rəhbəri Nadir Zeynalov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 2019-cu ildə sabiq səhiyyə naziri Okray Şirəliyevin əmri ilə bu vəzifəyə təyin olunub. Bu vəzifəyə kimi isə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.
Twitter:@cingizsafarli