...

Peyvənd olunmayan müəllimlər məktəbə necə gedə bilər? – AÇIQLAMA

Cəmiyyət Materials 6 Sentyabr 2021 16:40 (UTC +04:00)
Peyvənd olunmayan müəllimlər məktəbə necə gedə bilər? – AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün müxtəlif səbəblərdən peyvənd oluna bilinməyən müəllimlərin məktəbə getmələrinin nə dərəcədə təhlükəli olması cəmiyyəti maraqlandıran suallardan biridir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, peyvənd oluna biliməyən müəllimlərin xüsusən dalğanın pik olduğu dönəmlərdə məktəbə getmələri həm öz sağlamlıqları üçün, həm də digər insanlara xəstəliyi yoluxdurma baxımından risk daşıdığına görə, onlar məktəblərə gedərkən həftədə bir və ya iki dəfə PCR analizi verib xəstəliyinin olmadığını göstərməsi məktəblərə getməkdə əngəli aradan qaldırır:

“Bu təcrübə bu gün ABŞ-da və Avropada tətbiq olunur. Amma onu deyə bilərəm ki, dalğa bitdikdən sonra təhlükələr minimallaşdığı zaman məktəblərə giriş-çıxış daha rahat qəbul oluna bilər”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti