...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 7 Sentyabr 2021 19:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70 768 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 841 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 307 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 439 1664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 915 485 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti