...

Bu gün saat 12:00-da ölkə ərazisində yollarda hərəkət dayandırılacaq

Cəmiyyət Materials 27 Sentyabr 2021 09:04 (UTC +04:00)
Bu gün saat 12:00-da ölkə ərazisində yollarda hərəkət dayandırılacaq

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsi 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

İdarədən Trend-ə verilən məlumata görə, 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Şəhidlərimizi hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti