...

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Cəmiyyət Materials 8 Oktyabr 2021 11:50 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bundan əvvəl müddət sentyabrın 1-dək nəzərdə tutulmuşdu.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilir:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti