Bakı. Samir Əli - Trend:
Medianın İnkişafı Agentliyi (MEDİA) "Diffamasiya haqqında" qanunun hazırlanması ilə bağlı araşdırmalar aparır.
Trend-in məlumatına görə, bunu MEDİA-nın rəhbəri Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Media və Hüquqi Maarifləndirmə" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı araşdırmalar davam etdirilir: "Lazım gələrsə, bununla bağlı Baş Prokurorluqla birgə məsləhətləşmələr aparılacaq. Daha sonra diffamasiya barədə müzakirə aparılacaq".
Əhməd İsmayılov qeyd edib ki, jurnalistlər öz fəaliyyəti ilə əlaqəsi olmayan digər cinayət sayılan əməllərə görə məsuliyyətə cəlb oluna bilər.