...

AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

Cəmiyyət Materials 15 Oktyabr 2021 15:16 (UTC +04:00)
AQTİ beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Əməkdaşlıq əlaqələrinin müzakirəsi və məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə 14 oktyabr 2021-ci il tarixində AQTİ ilə “Ferrero” şirkətinin Keyfiyyətə nəzarət departamentinin nümayəndələri arasında görüş keçirilib.

Görüş çərçivəsində tərəflər analiz nümunələrinin qəbulu, idarə edilməsi üzrə əməkdaşlıq əlaqələrinin qurulması və Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi, o cümlədən gələcəkdə qarşı tərəfin nümayəndələrinin AQTİ laboratoriyalarına səfərlərinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti