...

Noyabrda neçə gün iş olmayacaq?

Cəmiyyət Materials 15 Oktyabr 2021 17:28 (UTC +04:00)
Noyabrda neçə gün iş olmayacaq?

Bakı. Fərid Zöhrabov - Trend:

Gələn ay dörd gün qeyri-iş günüdür.

Trend xəbər verir ki, cari ilin noyabr ayının 8-i ölkəmizdə Azərbaycan Respublikasının Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Qeyd edək ki, noyabrın 6 və 7-i tarixləri həftə sonuna, 8 və 9 tarixləri isə bayram günü kimi qeyd edildiyindən həftənin dörd günü ardıcıl olaraq qeyri-iş günü olacaq. Belə ki, noyabr ayındakı digər şənbə-bazar günləri nəzərə alınmaqla, ümumilikdə 10 gün qeyri-iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti