...

Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist

Cəmiyyət Materials 20 Oktyabr 2021 16:00 (UTC +04:00)
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist

Bakı. Çingiz Səfərli - Trend:

Payız-qış aylarında koronavirusa yoluxmalarda artım olacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin "İnstagram" səhifəsində canlı yayımda qonaq olarkən deyib.

O, bildirib ki, bu fəsillərdə artımların olacağı əvvəlcədən proqnozlaşdırılmışdı: "Çünki bir tərəfdən kifayət qədər dərin yumşaldılmalara gedilib. Həmçinin, havanın soyuması ilə əlaqədar insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi də prosesə təsir edir. Otağın havası dəyişdirilmir, bu da yaxın məsafədə olan insanların xəstələnməsinə səbəb olur. Digər tərəfdən, "Delta" ştammında ötürücülük 2-3 dəfə çoxdur. Təhsil müəssisələrində də şagirdlərin əksəriyyəti vaksin olmayıb. Hesab edirəm ki, əhalinin maariflənməsi, vaksinasiyanın əhatə dairəsi artdıqca yoluxmalardan qorunmaq olar. Düzdür, vaksin yoluxmaların qarşısını tam almasa da, xəstəliyi daha yüngül keçirməyimizə imkan yaradır".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti