...

Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

Cəmiyyət Materials 25 Oktyabr 2021 15:39 (UTC +04:00)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib

Trend-i buradan izləyin

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.

ASCO-dan Trend-ə verilən məlumata görə, oktyabrın 25-i günün ikinci yarısından 26-sı axşam saatlarınadək Xəzər dənizində Şimal-Qərb-Şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə 30-32 m/s qədər güclənəcəyi gözlənilir.

Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Bundan başqa, gəmilərin nəzərinə çatdırılıb ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Bununla yanaşı, gözlənilən tarixlərdə limanlarda dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti