...

Qazaxda toy qaydalarını pozan toy sahibləri məsuliyyətə cəlb olunub (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2021 11:39 (UTC +04:00)
Qazaxda toy qaydalarını pozan toy sahibləri məsuliyyətə cəlb olunub (FOTO)

Bakı. Trend:

Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qazaxbəyli, Yuxarı Salahlı və Daş Salahlı kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil ediblər.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti