...

"Qarabağa dönüş" təşkilatı yeni layihəyə start verib (VİDEO)

Cəmiyyət Materials 3 Noyabr 2021 11:33 (UTC +04:00)
"Qarabağa dönüş" təşkilatı yeni layihəyə start verib (VİDEO)

Bakı. Trend:

“Qarabağa dönüş” İctimai Birliyi “Mənim döyüş yolum” adlı yeni bir layihəyə start verib.

Layihə torpaqlarımızın müdafiəsi uğrunda vuruşan, qəhrəman vətəndaşlarımıza həsr olunub.

Layihənin reallaşdırılmasında məqsəd xalqımızın qəhrəmanlıq hekayələrini toplamaq, media və sosial şəbəkələr vasitəsi ilə bunları təbliğ etmək, gənc nəslin düşmənlərimizə qarşı mübariz ruhda yetişməsinə tövhələr verməkdir.

“Mənim döyüş yolum” layihəsinin ilk qonağı vaxtı ilə Şuşa şəhərinin müdafiəsində qəhrəmançasına döyüşmüş və öz sağlamlığını itirmiş Topçu Vahid ləqəbi ilə tanınmış Xankəndi sakini Vahid Quliyevdir.

Xəbər lenti

Xəbər lenti