...

Azərbaycandakı bütün dinlərin nümayəndələri ölkəmizin haqq işi uğrunda çiyin-çiyinə vuruşdular - QMİ sədri

Cəmiyyət Materials 4 Noyabr 2021 14:11 (UTC +04:00)
Azərbaycandakı bütün dinlərin nümayəndələri ölkəmizin haqq işi uğrunda çiyin-çiyinə vuruşdular - QMİ sədri

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan xalqı şanlı Zəfəri böyük qurbanlar bahasına əldə edib. Qazandığımız qələbədə hər bir azərbaycanlının payı var. Azərbaycandakı bütün dinlərin nümayəndələri ölkəmizin haqq işi uğrunda bir yerdə, çiyin-çiyinə cəbhədə vuruşdular, dünyaya haqq səsimizi birgə ucaltdıq.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə "Vətən və İman" adlı nəşrin təqdimat mərasimində çıxışı zamanı deyib.

O, bu mücadilədə canından keçən şəhidlərin hər kəsin üzərində haqqı olduğunu vurğulayıb: "Allah onlara rəhmət eləsin. Sağlamlığını itirmiş qəhrəman qazilərimizə Uca Allah şəfaət bəxş etsin.

Vətən müharibəsində Azərbaycandakı bütün etnik qrupların və dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib, zəfər qazandılar. Azərbaycandakı bütün dinlərin nümayəndələri ölkəmizin haqq işi uğrunda bir yerdə, çiyin-çiyinə cəbhədə vuruşdular, dünyaya haqq səsimizi birgə ucaltdıq. Şəhid övladlarımızı bir yerdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, multikultural dəyərlərimizin təntənəsidir.

Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan din xadimləri Zəfərin qazanılması, dövlətimizin haqq işinin qələbəsi naminə fədakar zəhmətlər çəkmiş, mənəvi cəbhədə rəşadətlər göstərmiş, qəhrəman şəhidlərimizin şəhidlik məqamına layiq şəkildə yüksək səviyyədə dəfn ayinlərinin və anım mərasimlərinin həyata keçirilməsində gecəli-gündüzlü xalqa xidmətdə olub, orduya dəstəklərini əsirgəməyiblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti