...

Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb

Cəmiyyət Materials 4 Dekabr 2021 03:57 (UTC +04:00)
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Fransa və Qətər Əfqanıstana 40 tona yaxın tibbi avadanlıq, ərzaq və qış geyimlərinin çatdırılmasını təmin edib.

Trend-in məlumatına görə, bu barədə Fransa və Qətər xarici işlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilib.

Məlumatda qeyd olunub: "Birgə əməliyyat nəticəsində iki dövlətə Əfqanıstandakı beynəlxalq təşkilatlara 40 tona yaxın tibbi avadanlıq, ərzaq və qış geyimləri çatdırmaq mümkün olub".

Fransanın yardımının əsasən Qətər hərbi-nəqliyyat təyyarəsi tərəfindən çatdırılan tibbi avadanlıqdan ibarət olduğu dəqiqləşdirilib:

"Bu birgə humanitar əməliyyat Fransa və Qətər arasında uzunmüddətli tərəfdaşlığı, eləcə də iki ölkənin əfqan əhalisini dəstəkləmək öhdəliyini nümayiş etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti