...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 Dekabr 2021 16:40 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 363 , buster doza üzrə vaksinasiya olunanların sayı isə 19 959 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 593 278, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 011 169 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti