...

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1330 şəxsə iş yerlərinə göndəriş verilib

Cəmiyyət Materials 21 Dekabr 2021 15:18 (UTC +04:00)
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1330 şəxsə iş yerlərinə göndəriş verilib

Bakı. Trend:

Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində iş yerlərinə göndəriş verilənlərin sayı 1330-a çatıb.

Trend xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi proqram üzrə iş yerlərinə göndəriş verilənlərin böyük hissəsi ilə artıq əmək müqavilələri bağlanıb. Digərləri ilə də əmək müqaviləsinin bağlanması işləri davam edir. Artıq proqram çərçivəsində 180 işəgötürən ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Proqramın icrası zamanı şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və iştirakçılarına, əlilliyi olan şəxslərə üstünlük verilir.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti