...

Azərbaycanda ailələrin orta aylıq gəliri açıqlanıb

Cəmiyyət Materials 22 Dekabr 2021 11:55 (UTC +04:00)
Azərbaycanda ailələrin orta aylıq gəliri açıqlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda hər dörd ailədən birinin aylıq gəliri 501-1000 manat arasındadır.

Trend-in məlumatına görə, bu, Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğular zamanı məlum olub.

Sorğu nəticələrinə görə, cəmi 4.7% ailə isə 1001 manatdan artıq gəlir əldə edir.

Rəyi öyrənilənlərin 35.5%-nin aylıq gəlir səviyyəsi (ailə olaraq) 1-250 manat, 35%-nin isə 251-500 manat arası dəyişir:

"Ailələrin üçdə ikisində hər iki tərəf müxtəlif formalarda (əməkhaqqı, müavinət və s.) gəlir əldə edir. Övlad müstəvisində isə ailələrin 17.7%-də oğlanlar gəlir əldə edirsə, qızlar üçün bu göstərici 3,5% təşkil edir. 83.1% ailələrdə kişi ailəyə ən çox gəlir gətirən şəxsdir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti