...

Ötən il 15 yaşı tamam olmamış 165 qızın nikahı qeydə alınıb - Bahar Muradova

Cəmiyyət Materials 27 Dekabr 2021 11:52 (UTC +04:00)
Ötən il 15 yaşı tamam olmamış 165 qızın nikahı qeydə alınıb - Bahar Muradova

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı təqdim edilərkən deyib.

O qeyd edib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər, 2019-cu ildə isə 2320 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti