...

XI Çağırış Kubokunun qalibləri bəlli oldu (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2021 18:23 (UTC +04:00)
XI Çağırış Kubokunun qalibləri bəlli oldu (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu”-nun təşkilaçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə XI Çağırış Kubokunun finalı baş tutub.

25 komandanın iştirak etdiyi tədbir dövlət himninin səslənməsi və İkinci Qarabağ müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb.

“Xəzər İntellektual Gənclər Klubu”-nun yaranmasının 20 illik yubileyinə həsr olunmuş layihənin final oyununda üç müxtəlif mükafat uğrunda komandaların gərgin mübarizəsi baş tutub. Yekunda rəqiblərindən üstün oyun nümayiş etdirən “Diplomat” komandası XI Çağırış Kubokunun, “Replicants” komandası tələbə kubokunun, “İsmayıllı İntellektual Oyunlar Klubu”nun komandası isə “Region kuboku”nun sahibi olub.

XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turları bu ilin noyabr-dekabr ayları ərzində baş tutub.

Klubun fəaliyyəti və oyunları ilə bağlı məlumatları sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti