...

Ötən gün “COVID-19” pasportu olmayan 9 nəfər toya buraxılmayıb

Cəmiyyət Materials 4 Yanvar 2022 09:18 (UTC +04:00)
Ötən gün “COVID-19” pasportu olmayan 9 nəfər toya buraxılmayıb

Bakı. Samir Əli - Trend:

Yanvarın 3-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 108 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Trend-ə verilən məlumata görə, monitorinq 100 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 9 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti