...

Rusiyada "omikron" ştammını aşkarlamaq üçün test sistemi qeydiyyata alınıb

Cəmiyyət Materials 12 Yanvar 2022 01:57 (UTC +04:00)
Rusiyada "omikron" ştammını aşkarlamaq üçün test sistemi qeydiyyata alınıb

Bakı. Trend:

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi tərəfindən hazırlanmış koronavirusun "omikron" ştammının aşkarlanması üçün test sistemi qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bu barədə Agentliyin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunub: "Rusiyada COVID-19-un "omikron" ştammının aşkarlanması üçün ilk test sistemi qeydiyyata alınıb".

Bildirilib ki, test sistemi yüksək həssaslıqla "omikron" və "delta" variantlarını aşkarlamağa, eləcə də onları bir saat yarım ərzində fərqləndirməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti