...

Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb

Cəmiyyət 19 Yanvar 2022 16:11 (UTC +04:00)
Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb

Tərtər. Aslan Məmmədli. Trend:

Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb.

Trend-in yerli bürosunun məlumatına görə, məktəbli qız evlənmək məqsədilə qaçırılıb. Hadisə Tərtər rayonunun Evoğlu kəndində baş verib. Kənd sakini 2005-ci il təvəllüdlü qız Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib.

Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti