...

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)

Cəmiyyət 19 Yanvar 2022 18:36 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev videoformatda növbəti dəfə vətəndaşların müraciətini dinləyib. Fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işlə təmin olunma, pay torpaqlarının sənədləşdirilməsi, istiliklə təchizat, yolların təmiri, təhsil, səhiyyə və də digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti