...

Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət 20 Yanvar 2022 14:22 (UTC +04:00)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi önünə əklil qoyub.

Daha sonra rayon rəhbərliyi, şəhid ailələri və yerli hüquq mühafizə orqanları ilə birlikdə Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, xaçmazlı şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzüb. Milli Qəhrəman Yavər Şahbazovun büstü ziyarət olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə səmimi söhbət zamanı bildirib ki, 1990-cı il yanvarın 20-si xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzidir.

Saat 12:00-da Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti