...

Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)

Cəmiyyət 20 Yanvar 2022 15:31 (UTC +04:00)
Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)

Bakı. Humay Ağacanova - Trend:

Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda yağıntı davam edir.

Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti