...

Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir

Cəmiyyət 22 Yanvar 2022 14:22
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

17-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə ümumilikdə 211 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.5% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.

Sözügedən imtahan günlərində magistratura səviyyəsində 23 qrup üzrə ümumilikdə 36 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində “İmtahan Qərargahı»nın, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının çevik fəaliyyəti təmin olunub. Universitetin gənc əməkdaşlarından ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında yaxından iştirakı təmin edilib. Hər həftənin cümə axşamı keçirilən “Açıq qapı” Günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırlır.

MDU-da payız semestrinin imtahan sessiyası cari ilin 02 fevral tarixinədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti