...

Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək

Cəmiyyət 24 Yanvar 2022 12:42
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə saxlayanlar cərimə ediləcək.

Trend-in məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və durmasına görə 40 manat cəimə müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti