...

Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb

Cəmiyyət Materials 28 Yanvar 2022 10:31 (UTC +04:00)
Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb

Bakı. Humay Ağacanova - Trend:

Ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Trend "koronavirus.info"ya istinadən xəbər verir ki,virusa yoluxanların 52,3 %-i Bakının payına düşür.

Bu göstərici Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir.

Qeydə alınan koronavirus xəstələrinin 0,5 %-i ölkə xaricindən gələnlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti