...

Bakıda 50 və 25 yaşlı 2 kişi meyiti tapılıb - Qətllər araşdırılır

Hadisə Materials 29 Yanvar 2022 11:30 (UTC +04:00)
Bakıda 50 və 25 yaşlı 2 kişi meyiti tapılıb - Qətllər araşdırılır

Bakı. Samir Əli - Trend:

Yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəlüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti