...

Azərbaycanda Türkiyənin "Himayədar ailə" modelinin tətbiq olunması üçün işlər aparılır - Nazirlik

Cəmiyyət Materials 2 Fevral 2022 10:42 (UTC +04:00)
Azərbaycanda Türkiyənin "Himayədar ailə" modelinin tətbiq olunması üçün işlər aparılır - Nazirlik

Bakı. Humay Ağacanova - Trend:

“Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində institusional hazırlıq, normativ hüquq aktların layihələrinin hazırlanması işləri davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu modelin ölkəmizdə də tətbiqinə hazırlıq işləri aparılır və Türkiyənin bu sahədə təcrübəsindən istifadəyə xüsusi önəm verilir.

“Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında ardıcıl təcrübə mübadilələri aparılır. Himayədar ailə qayğı modeli valideyn himayəsindən məhrum uşaqların dövlət müəssisələrində yaşamasının alternativ variantı kimi onların himayədar ailələrə verilməsini, ailə mühitində yaşamalarına şərait yaradılmasını, onların müəssisələşməsinin qarşısını alınmasını nəzərdə tutur.

Təcrübələr göstərir ki, ailə mühitində uşaqlara fərdi yanaşma tətbiq edilir və bu mühit ənənəvi uşaq müəssisələrindən fərqli olaraq uşaqların inkişafına, onların cəmiyyətə inteqrasiyasına daha müsbət təsir edir”, -deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti