...

Bələdiyyələrlə bağlı hökumətə təkliflər verilib

Cəmiyyət Materials 16 Fevral 2022 15:56 (UTC +04:00)
Bələdiyyələrlə bağlı hökumətə təkliflər verilib

Bakı. Elçin Mehdiyev – Trend:

Ədliyyə Nazirliyi bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli vergi və ödənişlərin toplanmasındakı problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər paketini Nazirlər Kabinetinə göndərib.

Trend-in məlumatına görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Təkliflər paketində Mülki, Torpaq və İnzibati Xətalar məcəllələrinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və s qanunlara dəyişikliklər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti