Bakı. Trend:
Bu gün Abşeron rayonunun bəzi hissələrində içməli suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 28 fevral 2022-ci il tarixində gün ərzində Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.