Bakı. Trend:
Bu gün səhər saat 9-a olan məlumata görə, Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı 9246 nəfərdir.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.
Ə.Əsədov bildirib ki, vətəndaşlarımızın Ukraynadan təxliyəsi istiqamətində zəruri tədbirlər davam etdirilir.