...

BDU-nun dosenti vəfat edib

Cəmiyyət Materials 22 Mart 2022 18:28 (UTC +04:00)
BDU-nun dosenti vəfat edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Pərvin Əhməd qızı Həsənova 83 yaşında vəfat edib.

BDU-dan Trend-ə verilən məlumata görə, Pərvin Həsənova 1963-cü ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirib. 1966-75-ci illərdə BDU-nun Elmi Kitabxananasında şöbə müdiri olub.

1975-78-ci illərdə BDU-nun Estetika və etika kafedrasında aspiranturanın əyani şöbəsində oxuyub. 1978-81-ci illərdə həmin kafedrada baş laborant işləyib.

1986-cı ildə “Sosializm-realizm incəsənətində xəlqilik və partiyalılıq problemi” //Azərbaycan incəsənəti materialları əsasında/ mövzusunda dissertasiya işi müdafiə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti