...

UNEC dünyanın ən yaxşı 708-ci universitetidir!

Cəmiyyət Materials 7 Aprel 2022 17:41 (UTC +04:00)
UNEC dünyanın ən yaxşı 708-ci universitetidir!

Bakı. Trend:

SCimago (Scimago Institutions Rankings) reytinq agentliyi 2022-ci il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb.

Reytinq 4362 ali təhsil müəssisəsinin məlumatları əsasında hazırlanıb. İlk 5 yeri Harvard Universiteti, Harvard Medical School, Tsinghua Universiteti, Stanford Universiteti, Çin Elmlər Akademiyası tutur.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu reytinqdə dünya universitetləri sırasında 708-ci, Azərbaycanda isə 1-ci yerdə qərarlaşıb. Reytinqin hesablanması 3 kateqoriya üzrə aparılır: tədqiqat performansı (SCOPUS data bazası), innovasiyaya çıxış və cəmiyyətə təsir. UNEC tədqiqat performansı indiqatoru üzrə dünyada 399-cu yerdə, innovasiyaya çıxış üzrə 443-cü və cəmiyyətə təsir indiqatoru üzrə isə 249-cu sırada qərarlaşıb.

UNEC bir sıra sahə reytinqləri (subject ranking) üzrə də yüksək nəticələr göstərib. Sahə reytinqləri SCOPUS data bazasında elmi fəaliyyətin nəticələri əsasında hesablanıb. Sahələr üzrə reytinqə görə də UNEC ölkə universitetləri arasında liderdir. Digər ölkələr arasında isə “İqtisadiyyat, Ekonometriya və Maliyyə” sahəsi üzrə Şərqi Avropada 56 və dünyada 468, “Biznes, İdarəetmə və Mühasibatlıq” Şərqi Avropada 83, dünyada 696, “Ətraf mühitin elmləri” Şərqi Avropada 39, dünyada 339, “Enerji” Şərqi Avropada 74, dünyada 461, “Riyaziyyat” Şərqi Avropada 71, dünyada 473, “Sosial elmlər” Şərqi Avropada 140-cı, dünyada 759-cu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti