...

Bakıda gecə klubunda partlayışda xəsarət alan daha bir nəfər vəfat edib

Cəmiyyət Materials 10 Aprel 2022 13:48 (UTC +04:00)

Bakı. Trend:

Bakıda gecə klubunda partlayışda xəsarət alan daha bir nəfər vəfat edib.

Trend xəbər verir ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Faktı Trend-ə Baş Prokurorluqdan təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti