...

Şəkidə insan alveri qurbanları ilə bağlı təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Aprel 2022 14:07 (UTC +04:00)
Şəkidə insan alveri qurbanları ilə bağlı təlim keçirilib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikasının Qeyri-hökümət təşkilatlarına dövləy dəstəyi Agetliyinin maliyyə dəstəyilə "İnsan alverinə qarşı mübarizəyə dəstək" adlı layihə çərçivəsində Şəki şəhərində marifləndirmə tədbirlərinə start verib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə komitə sədri Tural Hüseynov, təlimçi Bəxtiyar Həsənov, ekspertlər Qartal Hüseynov və Rövşən Məmmədov iştirak ediblər.

Rayon İcara hakimyyətinin, polis şöbəsinin əməkdaşları və Şəki şəhər ictimayyəti fəallarnin qatıldığı tədbirdə çıxış edən Komitə sədri layihənin məqsədi barədə məlumat verib.

T.Hüseynov bildirib ki, ölkədə insan alverinə qarşı mübarizə tədbirləri aidiyyəti qurumlar tərəfindən davam etdirilir. Azərbaycanda bununla bağlı qanunvericilik bazası da lazımi səviyyədədir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticəsini verir. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alveri qurbanlarının reabilitasiyası, onlar üçün müəyyən sığınacaqların yaradılması, həmin şəxslərin maarifləndirilməsinə iştirak edir, bu sahədə lazımi işlər görürlər.

Daha sonra təlimçi Bəxtiyar Həsənov son illər ölkədə insan alverinə qarşı mübarizə ilə bağlı geniş təlim keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti