...

Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2022 12:38 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda BMT rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədilə, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş Çin dili gününə həsr olunan bayram tədbiri keçirilib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua Çin dili tarixi haqqında danışaraq, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələrdən danışıb. Li Jihua həmçinin ADU-da Çin dilinin tədrisinin metodik xüsusiyyətləri və perspektivləri haqqında məlumat verib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərinin Çin dilinə və mədəniyyətinə maraqlarının artdığını qeyd edib. O, ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

R.Abbasov, həmçinin təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb.

ADU-nun çinşünas tələbələri Çin bahar ənənəsinə sadiq qalaraq qədim Çin klassik poeziyasının tanınmış nümayəndələrinin şeirlərini oxuyublar. Tədbirdə həmçinin Çin dilində şeirlərin ən yaxşı video təqdimatı üçün şeir müsabiqəsi də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti