...

Qanunvericiliyə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir

Cəmiyyət Materials 5 May 2022 16:52 (UTC +04:00)
Qanunvericiliyə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qanunvericiliyinə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında birinci oxnuşda müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunadəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qanuna yeni fəsil əlavə edilir. Layihədə kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən olunur.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti