...

Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib (FOTO)

Cəmiyyət Materials 6 May 2022 15:00 (UTC +04:00)
Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib (FOTO)

Bakı. Trend:

Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib. Gənclərin Karyera və İnkişaf Mərkəzinin Bərdə nümayəndəliyinin təşkilatçılığı ilə aparılan təlimlərdə ilk görüş hərbi jurnalist, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazovla keçirilib.

Trend xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin direktoru Şəmsiyyə Abbaszadə jurnalist Şöhrət Eyvazovu iştirakçılara təqdim edərək, Qarabağ müharibəsində onun fəaliyyətindən danışıb.

Jurnalist Şöhrət Eyvazov peşə fəaliyyəti, jurnalistikanın özəllikləri barədə ətraflı məlumat verib. “Kütləvi İnformasiya Vasitələrinin sosial funksiyaları və informasiya təhlükəsizliyi” mövzusunda mühazirədə jurnalistikanın əsas prinsipləri və bölgə mediasının xüsusiyyətlərindən bəhs edib.

Təlim zamanı 44 günlük müharibədə hərbi sirr xarakterli məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin tələblərinin qorunması istiqamətində göstərilən fəaliyyətdən danışılıb. Xəbərlərin hazırlanması və ötürülməsində informasiyanın operativliyi və dəqiqliyinin vacibliyi diqqətə çatdırılıb.

Təlim iştirakçıları müxtəlif media qurumlarının Qarabağ bölgəsi üzrə nümayəndələrinin fəaliyyətinə əsr olunmuş videoçarx izləyiblər. Sonda mövzu üzrə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Maraqlı suallara görə gənclərə jurnalistin kitabları hədiyyə edilib. “Gənc jurnalistlərin hazırlığı” proqramı çərçivəsində digər jurnalistlərlə də görüşlər təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti