...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 11 May 2022 16:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 558 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən xəbərə görə, son sutkada birinci doza üzrə vaksinasiya olunanların sayı 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 379 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 674 449, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 755, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 247 205, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 052 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti