...

Azərbaycan "Formula 1" ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamayıb

Cəmiyyət Materials 16 May 2022 23:32 (UTC +04:00)
Azərbaycan "Formula 1" ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamayıb

Bakı. Trend:

Azərbaycan "Formula 1" ilə 2024-cü il yarışından sonra vaxtı bitəcək müqavilənin yenilənməsi ilə bağlı danışıqlara hələ başlamayıb.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib.

Onun sözlərinə görə, gələn il üçün nəzərdə tutulan altı sprint yarışlarının birinin keçiriliməsi uğrunda mübarizədə Bakının qalib olmasını istərdi. Arif Rəhimov gələn ay Azərbaycan Qran Prisində "Formula 1" bossları ilə bunu müzakirə etməyi planlaşdırdığını açıqlayıb.

"Mən sprint yarışının böyük tərəfdarıyam. Bu fikri çox bəyənirəm. Ümumiyyətlə, marağı geri qaytarmaq üçün formatın vaxtaşırı tənzimlənməsini dəstəkləyirəm.

İnsanlar eyni formata çox öyrəşdikdə və sonra maraq itirdikdə işlər cansıxıcı ola bilər. Ona görə də belə dəyişikliklər baş verəndə hesab edirəm ki, bu, idmana xeyirdir”, - deyə Arif Rəhimov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti