...

Sabah Bakıda 24, rayonlarda 28 dərəcəyədək isti olacaq

Cəmiyyət Materials 17 May 2022 12:33 (UTC +04:00)
Sabah Bakıda 24, rayonlarda 28 dərəcəyədək isti olacaq

Bakı. Trend:

Mayın 18-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti