...

ADU-nun əməkdaşları ECAR layihəsinin növbəti təlimində iştirak edir (FOTO)

Cəmiyyət Materials 18 May 2022 10:40 (UTC +04:00)
ADU-nun əməkdaşları ECAR layihəsinin növbəti təlimində iştirak edir (FOTO)

Bakı. Trend:

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara start verilib.

Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir.

16-20 may tarixlərini əhatə edəcək tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli və ölkəmizin 15 ali təhsil ocağının rəhbər şəxsləri qatılıb.

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stockholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub.

Seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər - 2030 gələcəyə baxış” mövzusunda təqdimatı baş tutacaqdır.

Qeyd edək ki, təlimdə Azərbaycan Dillər Universitetinin Ümumi işlər üzrə prorektoru Vüqar Mehrabov və Test mərkəzinin müdiri, ECAR layihəsinin meneceri Bəyim Abdulla iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti