...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 25 May 2022 16:33
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 974 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 275, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 131, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 223 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 712 980, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 518, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 988, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 273 494, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 980 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti