Bakı. Trend:
Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Qeyd olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.