Bakı. Trend:
İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Abşeron yarımadasında gecə 20-23° isti, gündüz 28-31°, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 50-60 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.
Əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.