...

Bu gün Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür

Cəmiyyət Materials 29 İyun 2022 11:46 (UTC +04:00)
Bu gün Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün günorta saatlarında Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ilk qrupa 180 zəvvar daxildir.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib.

Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti