...

Pərviz Şahbazov OPEC-in baş katibinin ölümü ilə əlaqədar başsağlığı verib

Cəmiyyət Materials 6 İyul 2022 11:26 (UTC +04:00)
Pərviz Şahbazov OPEC-in baş katibinin ölümü ilə əlaqədar başsağlığı verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindonun ölümü ilə əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi. Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun Baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi. Allah rəhmət eləsin!" - P.Şahbazov yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti