...

Qurban bayramı münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə Cəmiyyətləri tərəfindən xeyriyyə tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 9 İyul 2022 12:09 (UTC +04:00)
Qurban bayramı münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə Cəmiyyətləri tərəfindən xeyriyyə tədbirləri keçirilib (FOTO)

Bakı. Trend:

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi sayılan müqəddəs Qurban bayramı münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə Cəmiyyətləri olan “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azəripək” MMC, “ASK Şüşə” MMC və “ASK Security” MMC tərəfindən xeyriyyə tədbirləri keçirilib.

Aksiya zamanı törəmə Cəmiyyətlərin nümayəndələri Vətən müharibəsində iştirak etmiş ümumilikdə 195 nəfər əməkdaşına baş çəkərək, qəhrəman oğullarımıza ərzaq bağlamalarından ibarət bayram sovqatları təqdim ediblər.

İnsanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən müqəddəs Qurban bayramı ərəfəsində təşkil olunan xeyriyyə tədbiri Bakı, Gəncə, Şəki şəhərlərini, həmçinin Ağcabədi, Goranboy, Beyləqan, Bərdə, Biləsuvar, Şirvan, Sabirabad, Salyan, Saatlı, İmişli, Tərtər və Ucar rayonlarını əhatə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti